Ağstafada 62 yaşlı qadını qətlə yetirən şəxs tutuldu

saytların hazırlanması

Evə çatdırılma

Ağstafada 62 yaşlı qadını qətlə yetirən şəxs tutuldu

Kriminal

17 May 2021 18:18 1426


Ağstafada 62 yaşlı qadını qətlə yetirən şəxs tutulub.

Yenisabah.az xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ağstafa rayonunun Köçəsgər kənd sakini, 1959-cu il təvəllüdlü Ələkbərova Çiçək Əli qızınıqətlə yetirən şəxsin 1987-ci il təvəllüdlü Tural Məmmədov olduğu müəyyən edilib. T. Məmmədov saxlanılıb.

Məlumata görə, saxlanılan şəxs qətli törətdiyini etiraf edib. Dördpendirli pizza

Qeyd edək ki, Ağstafa rayonunun Köçəsgər kənd sakini, 1959-cu il təvəllüdlü Ələkbərova Çiçək Əli qızının meyiti qonşuları tərəfindən yaşadığı evdə tapılıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub. Qadının meyiti müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Ağstafa rayon şöbəsinə aparılıb.

Onun tək yaşadığı bildirilib. Ç. Ələkbərovanın naməlum şəraitdə boğularaq qətlə yetirildiyi açıqlanıb.

Qadın qətlə yetiriləndən sonra evindən qızıl-zinət əşyaları oğurlanıb./APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!