Ağstafada qadın boğularaq öldürüldü   - Təfərrüatlar + Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Ağstafada qadın boğularaq öldürüldü - Təfərrüatlar + Fotolar

Kriminal

16 May 2021 22:51 1649


Ağstafa rayonunun Köçəsgər kəndində törədilən qətlin bəzi təfərrüatları məlum olub.

Yenisabah.az xəbər verir ki, 62 yaşlı Ələkbərova Çiçək Əli qızı 30 ildən çoxdur, tək yaşayıb. Hadisə yerinə baxış keçirilib və onun boğularaq qətlə yetirildiyi ehtimal edilir.

Qonşularının dediyinə görə, qadının üzərindəki qızıl-zinət əşyaları götürülüb. Cinayətin oğurluq məqsədi ilə törədildiyi şübhə doğursa da, hadisənin başvermə səbəbləri, cinayətin kim və ya kimlər tərəfindən törədildiyinin müəyyənləşdirilməsi istiqamətində hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən araşdırma aparılır. pizza mizza

Qeyd edək ki, onun meyiti qonşular tərəfindən aşkarlanıb.

/Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!