Ağsu aşırımında torpaq sürüşməsi yenidən aktivləşdi - FOTOLAR

saytların hazırlanması

Evə çatdırılma

Ağsu aşırımında torpaq sürüşməsi yenidən aktivləşdi - FOTOLAR

Sosial

19 May 2025 17:31 295


Bakı–Şamaxı–Yevlax avtomobil yolunun Ağsu aşırımından keçən 147-ci kilometrliyində torpaq sürüşməsi yenidən aktivləşib.

Yenisabah.az xəbər verir ki, intensiv yağıntılar nəticəsində yolun çiyin hissəsində və bir neçə gün əvvəl kipləşdirilən torpaq qatında çökmə qeydə alınıb.

Xatırladaq ki, bir neçə gün əvvəl sözügedən ərazidə torpaq sürüşməsi baş vermiş, nəticədə yolun bir zolağı tamamilə bağlanmış, asfalt qatı çökmüş, çiyin hissələrdə isə dərin yarğanlar əmələ gəlmişdi. Bundan sonra əraziyə texnikalar cəlb olunaraq material daşınmış, çökən hissələr doldurulmuşdu. Lakin son günlərdə sürüşmə yenidən aktivləşib. pizza mizza

  • Ağsu aşırımında torpaq sürüşməsi yenidən aktivləşdi - FOTOLAR
  • Ağsu aşırımında torpaq sürüşməsi yenidən aktivləşdi - FOTOLAR

Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!