Ağsu dolaylarında asfalt çökdü: Hər iki istiqamətdə yol bağlandı

saytların hazırlanması

Evə çatdırılma

Ağsu dolaylarında asfalt çökdü: Hər iki istiqamətdə yol bağlandı

Hadisə

19 May 2024 17:55 858


Ağsu dolaylarında asfalt çöküb, hər iki istiqamətdə yol bağlanıb.

Yenisabah.az "Report"a istinadən xəbər verir ki, son günlər yağan güclü leysandan sonra Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Ağsu dolaylarından keçən hissəsində sürüşmə əmələ gəlib.

Yolun 147-ci kilometrliyində asfalt qatı və çiyin hissəsində çökmələr əmələ gəlib. Hazırda 147-ci kilometrlikdə yolun bir zolağı tam bağlanıb, avtomobillər yolun digər zolağı ilə növbəli hərəkət edirlər. Dördpendirli pizza

Ərazidə xidmət aparan yol polisi avtomobillərin təhlükəsiz hərəkətini təmin edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!