Ağsu sakinlərindən qanunsuz saxladıqları ov silahları götürülüb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyatlar zamanı Göydəlləkli kənd sakini Rəvan Mehdiyevdən və Axunlu kənd sakini Mahir Qədirovdan qanunsuz olaraq saxladıqları iki ov tüfəngi götürülərək aidiyyatı üzrə təhvil verilib.
Faktlarla bağlı araşdırma aparılır. Marqarita pizza
Telegram kanalımız