Ağsu və Qusarda iki nəfər dəm qazından zəhərləndi, ölən var

saytların hazırlanması

Evə çatdırılma

Ağsu və Qusarda iki nəfər dəm qazından zəhərləndi, ölən var

Hadisə

12 Yanvar 2020 20:35 1344


Ağsuda dəm qazından zəhərlənmə hadisəsi baş verib. 

"Yeni Sabah" xəbər verir hadisə bu gün Ağsu şəhərinin Xətai küçəsindəki 33 nömrəli mənzildə qeydə alınıb. 

Rayon sakini, 1980-ci il təvəllüdlü İslamova Cəmalə Bahadur qızı hamam otağında kustar üsulla quraşdırılan su qızdırıcısının buraxdığı dəm qazı səbəbindən zəhərlənib. pizza hut

O, təcili olaraq Ağsu rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. 

Daha bir dəm qazından zəhərlənmə faktı Qusarda qeydə alınıb.  

Hadisə rayonun Samur qəsəbəsində baş verib.

1992-ci il təvəllüdlü İbrahimov Qafar Arif oğlu dəm qazından zəhərlənərək ölüb. 

Hər iki faktla bağlı araşdırma aparılır. /APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!