Ağsu və Şamaxının dağlıq ərazilərində yenidən yanğınlar BAŞLADI

saytların hazırlanması

Evə çatdırılma

Ağsu və Şamaxının dağlıq ərazilərində yenidən yanğınlar BAŞLADI

Hadisə

06 Avqust 2021 22:56 1496


Ağsu və Şamaxı rayonlarının dağlıq ərazilərində yenidən yanğınlar başlayıb.

Yenisabah.az xəbər verir ki, iki gün öncə Ağsu və Şamaxı ərazilərində başlayan yanğın bu gün səhər saatlarında söndürülsə də, dağlıq ərazidə əsən külək günün ikinci yarısında yanğının yenidən başlamasına səbəb olub.

Hadisə ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə hissəsinin canlı qüvvəsi və texnikası əraziyə cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində təxirəsalınmaz işlər davam etdirilir. Marqarita pizza

Qeyd edək ki, yanğınlar əsasən Ağsu və Şamaxı rayonlarının sərhəd hissələrində qeydə alınıb./report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!