Ağsuda avtomobil aşdı: 3 nəfər xəsarət aldı

saytların hazırlanması

Evə çatdırılma

Ağsuda avtomobil aşdı: 3 nəfər xəsarət aldı

Hadisə

21 Mart 2024 20:03 743


Ağsuda avtomobil qəzası baş verib.

APA-nin Şirvan bürosu xəbər verir ki, rayonun Qaraqaşlı kəndi ərazisində “Kia” markalı minik avtomobilinin sürücüsü idarəetməni itirib və avtomobil yoldan çıxaraq aşıb.

Qəza zamanı Ağsu rayon Qarağac kənd sakinləri 2006-cı il təvəllüdlü Abdullayev Murad Ağadur oğlu, 2005-ci il təvəllüdlü Hüseynli İnqilab Müşfiq oğlu və 2006-cı il təvəllüdlü Soltanov Cavid Mətləb oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb və Ağsu Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Marqarita pizza

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!