Ağsuda döyülərək ağır xəsarət alan yeniyetmə öldü

saytların hazırlanması

Evə çatdırılma

Ağsuda döyülərək ağır xəsarət alan yeniyetmə öldü

Kriminal

20 İyun 2021 21:14 1619


İyunun 15-də həmkəndlisi tərəfindən döyülən 14 yaşlı yeniyetmə vəfat edib.

Yenisabah.az xəbər verir ki, rayonun Qaraqaşlı kənd sakini, 2007-ci il təvəllüdlü Məmişov Nihad Vüqar oğlu bu gün xəstəxanada vəfat edib.

Qeyd edək ki, o, aralarında yaranan mübahisə zəmnində həmkəndlisi tərəfindən döyülərək ağır xəsarətlər almışdı. Toyuqlu pizza

N.Məmişov əvvəlcə Ağsu Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin vəziyyəti ağır olduğundan Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilmişdi.

Yeniyetməyə xəsarət yetirən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!