Ağsuda qanunsuz ov edənlər saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Ağsuda qanunsuz ov edənlər saxlanıldı

Maraqlı

28 Dekabr 2022 09:44 649


Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı rayonun Cəlayir kəndi ərazisində qanunsuz ov edən şəxslər saxlanılıblar. 

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, araşdırma zamanı onların Kürdəmir rayon sakinləri Orxan Rəhimov, Bəhlul Cabbarov və Nazim Qənbərov olduqları müəyyən edilib.

Həmin şəxslərdən “İJ” markalı ov tüfəngi və qanunsuz olaraq ovladıqları çöl quşları aşkarlanıb. pizza

Faktla bağlı təhqiqat qrupundan araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!