Ağsuda ölümlə nəticələnən yol qəzası baş verib.
Yenisabah.az xəbər verir ki, 1960-cı il təvəllüdlü Bəbir Mehdiyevin idarə etdiyi “VAZ 21074" markalı avtomobillə 1987-ci il təvəllüdlü Elmin Nağıyevin idarə etdiyi “Toyota Prius" markalı maşın toqquşub.
Nəticədə B. Mehdiyev hadisə yerində ölüb, avtomobildə olan sərnişin, 2014-cü il təvəllüdlü Ceyhun Həsənli, “Toyota Prius"un sürücüsü Elmin Nağıyev və avtomobildə olan 1997-ci il təvəllüdlü Mirzə Mirvahid oğlu Kamilov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. pizza
Faktla bağlı cinayət işi başlanılıb.
Telegram kanalımız