Ağsuda yol tikintisinə 17,4 milyon manat ayrıldı

saytların hazırlanması

Evə çatdırılma

Ağsuda yol tikintisinə 17,4 milyon manat ayrıldı

Sosial

10 Yanvar 2020 14:33 1061


Prezident İlham Əliyev Ağsu rayonunun Ağsu-Ağarx-Rəhimli-Qaradağ avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. 

"Yeni Sabah"ın məlumatına görə, sərəncamla altı min nəfər əhalinin yaşadığı 9 yaşayış məntəqəsini birləşdirən Ağsu-Ağarx-Rəhimli-Qaradağ avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşunun (investisiya xərclərinin) bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 17,4 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!