Ağsudakı yanğın söndürüldü

saytların hazırlanması

Evə çatdırılma

Ağsudakı yanğın söndürüldü

Hadisə

23 Avqust 2021 09:15 781


22 avqust tarixində Ağsu rayonu, Suraxanı kəndi yaxınlığında, mürəkkəb relyefli dağlıq ərazidə baş verən yanğın söndürülüb. 

Fövqəladə Hallar Nazirliyindən Yenisabah.az-a verilən məlumata görə, yanğın zamanı dağlıq ərazidə 15 ha sahədə quru ot və kol-kos yanıb.

Yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Mülki Müdafiə Qoşunlarının şəxsi heyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları və yerli sakinlər (mürəkkəb relyefli dağlıq ərazi olduğu üçün əsasən əl əməyindən istifadə olunub) tərəfindən söndürülüb. Marqarita pizza

Yaxınlıqdakı ərazilər yanğından mühafizə olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!