Ağsuya qonaq gedən gənc qətlə yetirildi

saytların hazırlanması

Evə çatdırılma

Ağsuya qonaq gedən gənc qətlə yetirildi

Kriminal

14 Dekabr 2021 01:53 775


Sabirabaddan Ağsuya gələn qonaq qətlə yetirilib.

Yenisabah.az xəbər verir ki, hadisə Ağsunun Padarqışlaq kəndində qeydə alınıb.

Belə ki, Sabirabad rayonunun Balvar kənd sakini, 29 yaşlı Dərgahlı Məmmədkərim Kərim oğlu Padarqışlaq kəndinə qonaq gəlib. pizza

Bu zaman qonaqla qohumlar arasında mübahisə yaranıb. Aralarında yaranan mübahisə zəminində Sabirabad sakini Dərgahlı Məmmədkərim bir neçə bıçaq xəsarəti alıb.

Ətrafdakıların köməyi ilə onu Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına gətiriblər. Həkimlərin səyinə baxmayaraq, yaralının həyatını xilas etmək mümkün olmayıb. Dərgahlı Məmmədkərim xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır./Azərtac


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!