“Ahmedova dedim ki, çıx, qol vur” - Samir Abbasov

saytların hazırlanması

Evə çatdırılma

“Ahmedova dedim ki, çıx, qol vur” - Samir Abbasov

İdman

19 May 2021 23:12 1505


“Nə deyəcəyimi bilmirəm. Çox çətin oyun keçdi. Amma çox inanırdıq. Məşqlərdə də rahat idik”.

Yenisabah.az xəbər verir ki, bu fikirləri “Neftçi”nin baş məşqçisi Samir Abasov “Qarabağ”ı 1:0 hesabı ilə məğlub etdikləri Azərbaycan Premyer Liqasının XXVIII tur matçından sonra “CBC Sport”a açıqlamasında çempionluq təəsüratlarınıbölüşərkən deyib.

43 yaşlı mütəxəssis bildirib ki, qalib gələcəklərinə inanırdılar: “Hətta Əhməd Əhmədovu meydana buraxanda dedim ki, çıx qol vur. Yolun əvvəlindəyik. Bu qələbə azarkeşlərimizin halalı olsun. Çoxdandır gözləyirdilər. Bizə dəstəklərini hər zaman hiss edirdik. Şükürlər olsun, onların qarşısında başıaşağı olmadıq. Bütün komandalarımıza avrokuboklarda uğurlar arzu edirəm”. Sezar pizza

Abasov komandanı qəbul edərkən çempionluq haqqında düşünmədiyini söyləyib: “Amma futbolçuları görəndən sonra yaxşı komanda quracağımıza inandım. Hər zaman bu oyunçuların daha yaxşısını edə biləcəyini bilirdim. Bu gün nəticəsini gördük. Çempion olduq. Futbolçu və baş məşqçi kimi çempionluq fərqli hisslərdir”./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!