Ahmet Hakan Bakıya valeh oldu, Parislə müqayisə etdi -   Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Ahmet Hakan Bakıya valeh oldu, Parislə müqayisə etdi - Fotolar

Sosial

18 Oktyabr 2019 13:35 1417


Azərbaycanın paytaxtı Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü üçün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birlikdə Bakıya gələn jurnalist Ahmet Hakan bu şəhər haqqında təəssüratlarını qələmə alıb.

"Yeni Sabah" bildirir ki, “Hürriyət” qəzetində dərc olunan “Gözümdə kiçiltdiyim Bakıdan xəcalət çəkərək geri döndüm” başlıqlı yazıda jurnalist Bakını oxucuları üçün təsvir edib:

Sezar pizza

Gözümdə kiçildərək getmişdim, buna görə xəcalət çəkərək geri döndüm.

“Qafqazın Parisi” desəm, Parisə kompliment demiş sayılaram, deyə qorxuram.

Bizim Nişantaşı desəm... Onu qırx ilə vurun.. Bakıda bax belə bir Nişantaşı var.

Bakıya “küləklər şəhəri” deyirlər... Adının haqqını verir.

Hər şey necə də yeni idi və hər şey necə də keçmişə, tarixə hörmətli idi… 

Simiti ləzzətlə xırçıldatmırlar, ancaq çayı mürəbbə ilə içirlər Bakıda... Elə alışdım ki, mən də bundan sonra çayı mürəbbə ilə içməyə başladım.

Samovar – bəli, onun ana vətəni Bakı imiş.

Bir-birindən gözəl və valehedici binalar üçün “Hamısı makyajdır, hamısı üzləmədir” filan dedilər. Belə makyaja can qurban!


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!