Aİ-92 benzini ilə bağlı qərar bu gündən qüvvəyə mindi

saytların hazırlanması

Evə çatdırılma

Aİ-92 benzini ilə bağlı qərar bu gündən qüvvəyə mindi

İqtisadiyyat

01 Fevral 2022 00:02 2158


Bu gündən Azərbaycana idxal edilən Aİ-92 benzini gömrük rüsumundan azad olunur.

Yenisabah.az xəbər verir ki, bununla bağlı qərarı yanvarın 29-da Baş nazir Əli Əsədov imzalayıb.

Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri” haqqında qərarında dəyişikliyə əsasən, qeyd olunan benzin növü üçün hər 1 000 litr üçün gömrük rüsumu 15 %-dən 0 %-ə endirilib. Pepperoni pizza

Nazirlər Kabinetinin digər qərarı ilə Aİ-92 markalı benzinin idxalı zamanı aksiz vergi dərəcəsi bir ton üçün 200 manatdan 1 manata endirilib.

Qərar iyunun 1-dək qüvvədə qalacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!