"Biz Azərbaycanda Avropa İttifaqının İnkişaf Agentliyini yaratmaq istəyirik".
Yenisabah.az APA-ya istinadla xəbər verir ki, bunu Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin əməkdaşlıq məsələlərinin koordinatoru Viktor Bojkov deyib.
O bildirib ki, Avropa İttifaqı ilə Azərbaycan arasında uğurlu əməkdaşlıq mövcuddur: Pepperoni pizza
"Hazırda biz əməkdaşlıq və tərəfdaşlıq sazişini yeniləməkdəyik. Avropa İttifaqı Azərbaycanla strateji tərəfdaşlığını Şərq tərəfdaşlığı kontekstində görür. Azərbaycanın böyük investisiya potensialı var. Avropa İttifaqının ayırdığı maliyyədən effektiv istifadə etmək və həmçinin digər investorları cəlb etmək lazımdır. Bu, ölkə daxilində kreditləşməyə və investisiya potensialına müsbət təsir edəcək".
Telegram kanalımız