Aİ Azərbaycandan qaz tədarükü ilə bağlı saziş imzalamaq niyyətindədir

saytların hazırlanması

Evə çatdırılma

Aİ Azərbaycandan qaz tədarükü ilə bağlı saziş imzalamaq niyyətindədir

İqtisadiyyat

14 İyul 2022 16:53 1283


Aİ Azərbaycandan qaz tədarükü ilə bağlı sazişlər imzalaya bilər.

Yenisabah.az “EUobserver”-ə istinadla xəbər verir ki, Avropa İttifaqı Azərbaycanla təbii qaz tədarükünə dair memorandum imzalamağı planlaşdırır. Saziş məcburi xarakter daşımayacaq, lakin əməkdaşlığın daha da dərinləşdirilməsi və Aİ-nin regionda investisiya fəaliyyətinin artırılması üçün zəmin yaradacaq.

Saziş Aİ ilə Azərbaycan arasında “strateji tərəfdaşlıq” qurulmasına yönəlib və bu, “şaxələndirmə üçün Xəzər təbii qazının Avropaya və potensial olaraq Balkanlara tədarükü”nə dair sazişi əhatə edəcək. Marqarita pizza

Sənəd layihəsinə əsasən, Aİ 2027-ci ilə qədər Azərbaycandan qaz nəqlinin həcmini “ildə ən azı 20 milyard kubmetrə çatdıracaq". Bu məqsədə nail olmaq üçün Aİ “Cənub Qaz Dəhlizinin boru kəmərləri şəbəkəsinin potensialının artırılmasına mühüm investisiyalar yatırmaq” niyyətindədir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!