“Aİ Bakı və İrəvanın sülh prosesində fəal iştirak edir“ - Diplomat

saytların hazırlanması

Evə çatdırılma

“Aİ Bakı və İrəvanın sülh prosesində fəal iştirak edir“ - Diplomat

Rəsmi

25 Oktyabr 2022 14:43 904


"Avropa İttifaqı Ermənistan və Azərbaycan arasında bütün səviyyələrdə sülh prosesində fəal iştirak edir".

Yenisabah.az xəbər verir ki, bu barədə Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar “Amerikanın Səsi” radiosuna müsahibəsində bildirib.

Onun sözlərinə görə, Aİ-nin bu işə cəlb olunmasını Brüsseldə Ermənistan və Azərbaycan liderləri arasında 4 görüş keçirmiş Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin fəaliyyəti sübut edir. Toyuqlu pizza

Klaarın fikrincə, Aİ-nin regiondakı fəaliyyətinin digər göstəricisi Ermənistanda Azərbaycanla sərhəddə monitorinq missiyasının yerləşdirilməsidir:

“Aİ-nin öz maraqları var. Bu region bizim qonşumuzdur, ona görə də sülh və firavan Qafqaza maraq göz qabağındadır. Ona görə də Ermənistanla Azərbaycan arasındakı münaqişəni həll edə bilməyimiz vacibdir”. 

Diplomat ümid edir ki, monitorinq missiyası Brüsseli yerlərdəki vəziyyət və mövcud çağırışlar barədə daha yaxşı məlumatlandıracaq, beləliklə, sülh prosesi daha effektiv şəkildə təşviq olunacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!