“Belarusda baş verənlər geosiyasətlə bağlı deyil, bu, milli böhrandır”.
Yenisabah.az xəbər verir ki, bunu Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel Belarusdakı vəziyyətlə bağlı keçirilən təcili videokonfransdan sonra təşkil olunan mətbuat konfransında deyib.
“Aİ Belarus xalqı ilə həmrəydir və biz cəzasızlığı qəbul etmirik. Avqustun 9-da Belarusda keçirilmiş prezident seçkiləri azad və ədalətli olmayıb, beynəlxalq standartlarla uzlaşmayıb. Biz Belarus hökumətinin təqdim etdiyi nəticələri qəbul etmirik. Belarus xalqı daha yaxşısını və demokratik yolla lider seçməyi haqq edir”, - deyə Ş. Mişel bildirib. /APA Marqarita pizza
Telegram kanalımız