Aİ Ermənistana Çevik Qüvvələr göndərir

saytların hazırlanması

Evə çatdırılma

Aİ Ermənistana Çevik Qüvvələr göndərir

Dünya

17 Mart 2026 10:31 297


Avropa İttifaqı qarşıdan gələn parlament seçkiləri ərəfəsində hibrid təhdidlərə qarşı mübarizə aparmaq üçün Ermənistana sürətli reaksiya qrupu göndərəcək.

"Yeni Sabah" Armenpress-ə istinadla xəbər verir ki, bunu mətbuat konfransında Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas açıqlayıb.

"Ermənistanın xahişi ilə Avropa İttifaqı qarşıdan gələn parlament seçkiləri ərəfəsində hibrid təhdidlərə qarşı mübarizə aparmaq üçün Ermənistana çevik reaksiya qrupu göndərəcək. Qonşuluğumuzdakı demokratiyaların dayanıqlığını dəstəkləmək əsas prioritet olaraq qalır. Ermənistanı xarici müdaxilə qarşısında tək qoymayacağıq. Təzyiq altında olan demokratiyalar Avropaya güvənə bilər", - Kallas bildirib. Toyuqlu pizza

Bir müddət əvvəl Aİ-nin genişlənmə üzrə ali nümayəndəsi Marta Kos bildirib ki, Aİ seçkilər ərəfəsində gözlənilən hibrid təhdidlərə qarşı mübarizə aparmaq üçün Ermənistana 12 milyon avro ayırmağa hazırdır. Ermənistanda parlament seçkiləri 7 iyun 2026-cı ildə keçiriləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!