Aİ missiyasi Ermənistan XİN-də qəbul edildi

saytların hazırlanması

Evə çatdırılma

Aİ missiyasi Ermənistan XİN-də qəbul edildi

Rəsmi

04 Noyabr 2022 15:05 1001


Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Avropa İttifaqının Ermənistandakı Müşahidə Missiyasının rəhbəri Marek Şigeli və onun başçılıq etdiyi nümayəndə heyətinin üzvlərini qəbul edib.

Yenisabah.az "armenpress"ə istinadla xəbər verir ki, görüşdə nazir Mirzoyan Ermənistanla Azərbaycan arasında münasibətlərin nizamlanması, Qarabağ münaqişəsinin həlli mövzusunda danışıb.

XİN başçısı Aİ-nin mülki missiyasının Ermənistanda yerləşdirilməsinin vacibliyini qeyd edərək, bunun regionda sabitliyin və sülhün bərqərar olmasına töhfə verəcəyinə əminliyini ifadə edib. Dominos pizza

Marek Şigel Aİ-nin mülki missiyasına verdiyi dəstəyə görə erməni tərəfinə təşəkkür edib və missiyanın fəaliyyət dairəsini və Ermənistanda qarşıda duran işləri təqdim edib.

Tərəflər, həmçinin, gələcək əməkdaşlıq məsələlərini müzakirə ediblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!