Aİ-nin Qafqaz səfirinə dair məlumat

saytların hazırlanması

Evə çatdırılma

Aİ-nin Qafqaz səfirinə dair məlumat

Siyasət

04 Sentyabr 2024 14:40 355


Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel özünün baş diplomatik müşaviri Maqdalena Qrononun Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi vəzifəsinə təyin olunmasını alqışlayır.

Yenisabah.az xəbər verir ki, bu barədə Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə Xüsusi Nümayəndəliyinin Ofisi məlumat yayıb.

Təyinat Aİ-nin regionla əlaqələrində həlledici vaxta təsadüf edir və bu təyinat xanım Qrononun uzunmüddətli təcrübəsinin, geniş biliyinin və bu sahəyə verdiyi töhfənin tanınmasıdır: Dördpendirli pizza

“Maqdalena Qrono 2024-cü il noyabrın 1-dən vəzifəsinin icrasına başlayacaq. Bu vaxta qədər o, Avropa İttifaqı Şurasının Prezidentinin baş diplomatik müşaviri kimi öz vəzifələrini yerinə yetirməyə davam edəcək, Aİ-nin xarici siyasətinin, o cümlədən Cənubi Qafqaz üzrə kursunun müəyyənləşdirilməsinə töhfə verəcək. O vaxta qədər EUSR-nin mandatının davamlılığı EUSR ofisi tərəfindən təmin ediləcək”.

Qeyd edək ki, daha əvvəl bu vəzifədə Toivo Klaar çalışıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!