Aİ qoşun və hərbi texnikanın sürətli daşınması üçün yeni sistem yaradır

saytların hazırlanması

Evə çatdırılma

Aİ qoşun və hərbi texnikanın sürətli daşınması üçün yeni sistem yaradır

Dünya

01 Noyabr 2025 18:54 147


Avropa İttifaqı (Aİ) üzv ölkələrin ərazisi boyunca qoşun və hərbi texnikanın sürətli daşınması üçün yeni sistem yaradır.

"Report"un "RBK-Ukrayna"ya istinadən verdiyi məlumata görə, bu barədə Ukraynanın dezinformasiyaya qarşı mübarizə mərkəzinin rəhbəri Andrey Kovalenko bildirib.

Onun sözlərinə görə, Aİ birliyə daxil olan ölkələr arasında hərbi bölmələrin, zirehli texnikanın və silahların daşınma müddətini əhəmiyyətli dərəcədə azaltmağa imkan verəcək xüsusi sistem tətbiq etməyi planlaşdırır. Bu sistem logistikanı, nəqliyyat infrastrukturunu, eləcə də hazırda qüvvələrin yerdəyişməsini ləngidən bürokratik prosedurları əhatə etməlidir. Sezar pizza

Eyni zamanda bildirilib ki, layihə Aİ-nin ümumi müdafiə siyasətinin bir hissəsi olaraq şərq cinahının təhlükəsizliyini gücləndirməyə yönəlib.

Təşəbbüs üzv ölkələr arasında fəaliyyətlərin əlaqələndirilməsi və böhran vəziyyətlərində sürətli reaksiya vermək üçün vahid rəqəmsal mexanizmin yaradılmasını nəzərdə tutur.

"Razılaşmaya birbaşa olmayan dialoq vasitəsilə nail olmaq mümkündür", - o bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!