Aİ Rusiyadan yan keçən dəhlizə 1,5 milyard avro sərmayə qoyacaq

saytların hazırlanması

Evə çatdırılma

Aİ Rusiyadan yan keçən dəhlizə 1,5 milyard avro sərmayə qoyacaq

İqtisadiyyat

29 Yanvar 2024 15:12 1302


Avropa Komissiyası və Avropa İnvestisiya Bankı Rusiyadan yan keçən nəqliyyat dəhlizi yaratmaq üçün Mərkəzi Asiyada strateji nəqliyyat infrastrukturuna 1,5 milyard avro sərmayə qoymaq niyyətindədir.

Yenisabah.az TASS-a istinadla xəbər verir ki, bunu Brüsseldə ikigünlük Aİ-Mərkəzi Asiya nəqliyyat investisiya forumunu açan Avropa Komissiyasının sədr müavini, ticarət üzrə Avropa komissarı Valdis Dombrovskis bildirib.

O deyib: “Uzunluğu 11 min km olan nəqliyyat dəhlizi 15 gün və ya daha az səyahət müddəti olan bölgələri birləşdirməlidir. Bu dəhlizi rəqabətədavamlı etməliyik. Konkret nəticələr əldə etmək niyyətindəyik. Buna görə də Avropa Komissiyası və Avropa İnvestisiya Bankı Mərkəzi Asiyanın nəqliyyat imkanlarına 1,5 milyard avro sərmayə qoymaq niyyətindədirlər. Müvafiq anlaşma memorandumları daha sonra imzalanacaq”. pizza mizza

V. Dombrovskis marşrutun necə gedəcəyini dəqiqləşdirməyib.

Söhbət yəqin ki Orta, yaxud Orta Dəhlizdən gedir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!