Aİ səfiri Azərbaycanla vidalaşır

saytların hazırlanması

Evə çatdırılma

Aİ səfiri Azərbaycanla vidalaşır

Siyasət

04 Avqust 2025 13:11 339


Avropa İttifaqının Azərbaycandakı səfiri Peter Mixalko Bakıda Ukrayna səfiri Yuri Qusevlə görüşüb.

Yenisabah.az xəbər verir ki, bu barədə Ukrayna səfiri "Facebook"da yazıb.

"Avropa İttifaqının Azərbaycandakı səfiri Peter Mixalkonun Bakıdakı diplomatik fəaliyyətinin başa çatması ərəfəsində onunla görüşməkdən şərəf və məmnunluq duyuram", - deyə o qeyd edib. Sezar pizza

Diplomat görüş çərçivəsində həmrəyliyə, əməkdaşlığın inkişafına mühüm töhfəyə, o cümlədən Ukraynanın Azərbaycandakı səfirliyinin komandasına daimi dəstəyə və rəsmi Kiyevə Avropa İttifaqına gedən yolda köməyə görə səmimi minnətdarlığını bildirib:

"Sizə gələcək diplomatik karyeranızda uğurlar və yeni peşəkar nailiyyətlər arzulayıram".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!