Aİ Şurası İrana sanksiya tətbiq etdi

saytların hazırlanması

Evə çatdırılma

Aİ Şurası İrana sanksiya tətbiq etdi

Dünya

15 İyul 2025 18:32 333


Aİ Şurası İranın 8 fiziki və bir qurumuna "ciddi insan haqları pozuntuları və transmilli repressiyalara görə" sanksiya tətbiq etmək qərarına gəlib.

Yenisabah.az xəbər verir ki, Şuranın kommünikesində deyilir:

“Onlar İrandan kənarda İran dövlət orqanları adından ciddi insan hüquqları pozuntuları və sui-istifadələr törətməkdə, xüsusən də məhkəmədənkənar, qısamüddətli və ya özbaşına edamlar və qətllər, habelə İslam Respublikasının hərəkətləri və ya siyasətinin əleyhdarları kimi qəbul edilən və ya onları tənqid edən şəxslərin zorla yoxa çıxmalarına görə məsuliyyət daşıyırlar”. Dördpendirli pizza

“Bugünkü təyinatlar Aİ-nin İran dövlət orqanları tərəfindən etibarlı şəxslərin, xüsusən də cinayətkarların və mütəşəkkil cinayət şəbəkələrinin istifadəsi, bütün dünyada, o cümlədən Aİ daxilində dissidentləri və insan haqları müdafiəçilərini hədəf alan transmilli repressiyalarla bağlı narahatlığını təsdiqləyir”, - deyə bəyanatda vurğulanır.

Şura İranın kəşfiyyat xidməti ilə əlaqəli olan "Zindaşti" Şəbəkəsini “çoxsaylı transmilli repressiya aktları, o cümlədən sui-qəsdlər” törətməkdı ittiham edib.

Yeni sanksiya siyahılarına Zindəşti Şəbəkəsinin rəhbəri, eləcə də digər işlərlə yanaşı, İran rejiminin əleyhdarlarının qətlində iştirak etmiş bəzi tərəfdaşları da var.

İslam İnqilabı Keşikçiləri Korpusunun xüsusi bölməsinin komandiri və İran kəşfiyyatının zabiti də sanksiyaya məruz qalıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!