Sentyabrın 15-də Ermənistanın müdafiə naziri Suren Papikyan Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edib.
Yenisabah.az “Armenpress”ə istinadla xəbər verir ki, görüşdə Avropa İttifaqının Ermənistandakı nümayəndəliyinin rəhbəri, səfir Andrea Vitorin də iştirak edib.
S. Papikyan yaranmış vəziyyətə operativ reaksiya verdiyinə və regiona səfər etdiyinə görə Toivo Klaara minnətdarlığını bildirib. pizza mizza
Aİ-nin Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi çıxışında hərbi əməliyyatların dərhal dayandırılması ilə bağlı Aİ-nin mövqeyini təqdim edərək, bütün mövcud fikir ayrılıqlarının müstəsna olaraq diplomatik vasitələrlə həll edilməsinin zəruriliyini vurğulayıb.
Toivo Klaar, həmçinin Aİ-nin tərəflər arasında danışıqlar prosesinin bərpasına və razılaşmaların əldə olunmasına yardım etmək öhdəliyini təsdiqləyib.
Telegram kanalımız