AİB-in Azərbaycan üzrə yeni direktoru təyin olundu -   Foto

saytların hazırlanması

Evə çatdırılma

AİB-in Azərbaycan üzrə yeni direktoru təyin olundu - Foto

İqtisadiyyat

07 Yanvar 2021 09:41 626


Asiya İnkişaf Bankının (AİB) Azərbaycan üzrə yeni direktoru vəzifəsinə xanım Kandis MakDiqan (Candice McDeigan) təyin olunub.

Yenisabah.az xəbər verir ki, bankın Azərbaycan üzrə keçmiş rəhbəri Nəriman Manapbekov vəzifəsini 2020-ci ilin sonunadək icra edib, bu ilin əvvəlindən etibarən isə sözügedən vəzifəyə K. MakDiqan təyin olunub. MakDiqan bundan əvvəl (2016-2020-ci illərdə) AİB-in Qırğızıstan üzrə direktoru vəzifəsində çalışıb.

Qeyd edək ki, bankın Azərbaycan üzrə keçmiş rəhbəri N. Manapbekov 2016-cı ildən bəri AİB-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri vəzifəsində çalışıb və noyabr ayında bankın Qazaxıstan üzrə rəhbəri vəzifəsinə başlayıb. Pepperoni pizza

Xatırladaq ki, 1999-cu ildən AİB Azərbaycanla əməkdaşlıq çərçivəsində ölkəyə texniki yardım, kredit xətti, qrant və s. şəklində 5,2 mlrd. dollardan çox vəsait ayırıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!