AİHM Rusiyadan Navalnının azadlığa buraxılmasını tələb etdi

saytların hazırlanması

Evə çatdırılma

AİHM Rusiyadan Navalnının azadlığa buraxılmasını tələb etdi

Dünya

17 Fevral 2021 19:17 758


Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Rusiya hökumətindən müxalif blogger Aleksey Navalnının azadlığa buraxılmasını tələb edib.

Yenisabah.az xəbər verir ki, AİHM haqqında reqlamentin 39-cu bəndini tətbiq edilməklə A. Navalnının həyatına təhlükə olduğu əsas gətirilərək müvafiq qərar qəbul edilib.

Dövlət Dumasının Dövlət quruculuğu və qanunvericilik Komitəsinin sədri Mixail Yemelyanov bildirib ki, ölkəsi bu qərarı icra etməmək hüququna malikdir: “Xüsusilə də konstitusiyaya son dəyişikliklərdən sonra bu qərarın icra olunmaması üçün hüquqi əsaslar formalaşıb. Belə ki, düzəlişlərdən birinə əsasən, beynəlxalq təşkilatların konstitusiya ilə bilavasitə ziddiyyət təşkil etdiyi qərarları icra olunmaya bilər. Biz də bu müddəadan istifadə edərək, qərarı yerinə yetirməyəcəyik”. pizza

Qeyd edək ki, A. Navalnı yanvarın 17-də müalicə olunduğu Almaniyadan Rusiyaya qayıdarkən hava limanında saxlanılıb. Məhkəmənin qərarı ilə A. Navalnı 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.  /APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!