“Ailə həyatı təkcə ayaq yumaqdan ibarət deyil” - Video

saytların hazırlanması

Evə çatdırılma

“Ailə həyatı təkcə ayaq yumaqdan ibarət deyil” - Video

Şou

29 Oktyabr 2024 11:43 455


“Ailə həyatı tək ayaq yumaqdan ibarət deyil. Bəli, əgər ərim xəstədirsə və ayağını yuya, corabını geyinə bilmirsə, ona yardım etməlisən. Amma ailədə xanımlıq təkcə corab geyindirməkdən ibarət deyil”.

Yenisabah.az olay-a istinadla xəbər verir ki, bu sözləri müğənni Xuraman Şuşalı “Xəbərin var?” verilişində deyib.

O bildirib ki, uşaqları ondan utanmasın deyə, ingilis dilini öyrənir: Dominos pizza

“Məktəbdə ingilis dilini yaxşı oxumamışam. Amma çalışıram ki, bu dili öyrənim, çünki böyük oğlumun ingilis dilini bilmə səviyyəsi yüksəkdir. Digər övladlarım da bu dili öyrənməyə çalışırlar. Oğlumla harasa gedəndə o dostlarının yanında məndən çəkinməsini istəmirəm. Yaşa dolduqca bunların hamısını anlayırsan. Sadəcə istəyirəm ki, oğlum dostları ilə ingilis dilində danışanda məndə onların dialoquna qoşula bilim”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!