“Ailə məsuliyyəti mənlik deyil“ - Niyam boşanmağından   DANIŞDI

saytların hazırlanması

Evə çatdırılma

“Ailə məsuliyyəti mənlik deyil“ - Niyam boşanmağından DANIŞDI

Şou

12 Sentyabr 2020 10:45 1073


Müğənni Niyam Salami boşanmalardan danışaraq xanımlara səslənib.

Yenisabah.az xəbər verir ki, MTV telekanalında yayımlanan "Ulduzun vaxtı" proqramında qonaq olan ifaçı həyat yoldaşı əzab verirsə qadının boşanmağının normal olduğunu bildirib:

"İstər qız, istər oğlan - nə qədər səhv etdin, canından, övladından çıxacaq. Əgər sən pislik etməmisənsə, şükür et ki, ayrılırsan. Qadının hissiyatı, tələbləri var. Qadın elə-belə varlıq deyil, böyük qüvvə, yük və məsuliyyətdir. Onu daşımayan kişi, zəifliyini göstərir. pizza sifarişi

Qadın qonşu üçün yaşamır. Fikirləşməyin ki, ayrılsam mənə nəsə deyərlər. Qadınsan, Allahın yanında düzsənsə, sənə ər əzab verirsə, boşanmaq lazımdır. Boşanandan sonra isə evlənə bilərsən. Təbiətin qanunudur, qadın dul qalmamalıdır.

Mən də evli olub ayrıldım. Gördüm ailə məsuliyyəti mənlik deyil. Göstəriş üçün toy edim, uşağımı İnstaqramda göstərim? Yox, düzgün həyat yaşamaq istəyirəm". 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!