"Özümü heç vaxt bağışlamayacam, valideynlərimin sözünə qulaq asmadım. Onlar mənə "yox" dedilər, onlara qarşı çıxdım. Ailə qurdum və çox peşmanam”.
Yenisabah.az xəbər verir ki, bu sözləri “Göyçək Fatimə” ləqəbi ilə tanınan rəqqasə Fatimə Fətəliyeva deyib. "Həyat, sevgi, göz yaşı" proqramında qonaq olan sənətçi ilk evliliyi barədə danışıb:
“Ailə qurdum və çox peşmanam. O insana görə valideynlərimə qarşı çıxmağa və özümə qəsd etməyə dəyməzdi. Həmin sevgidən zərbə aldım, amma qız övladı qazandım. İndi ona görə ağlamıram. Düşünməsin ki, ona görə göz yaşı tökmüşəm və tökürəm. Yox, mən bədbəxt deyiləm. Xoşbəxtəm, gözəl həyatım var, yaxşı ki, həyatımda yoxdur. Qızımı böyütdüm, elə tərbiyyə verdim ki...". Dominos pizza
Qeyd edək ki, Fatimənin ilk evliliyi uğursuz olub. O, 2-ci dəfə Xəyal adlı şəxslə ailə qurub. Onun bu nikahdan Hüseyn adlı oğlu var. Rəqqasənin ilk evlilikdən bir qızı var.
Telegram kanalımız