Ailə qurmaq istəyənlərin nəzərinə - Baş Nazirdən mühüm qərar

saytların hazırlanması

Evə çatdırılma

Ailə qurmaq istəyənlərin nəzərinə - Baş Nazirdən mühüm qərar

Sosial

24 İyun 2020 13:00 4697


Nazirlər Kabineti “Azərbaycan Respublikası Ailə Məcəlləsinin tətbiqi ilə əlaqədar bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” qərara dəyişiklik edib.

Yenisabah.az xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.

Qərarla "Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları”na əlavələr edilib. Sezar pizza

Belə ki, Ailə Məcəlləsinə uyğun olaraq Ədliyyə Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri tərəfindən verilən şəhadətnəmadə evlənən və boşanan şəxslərin qohumluq əlaqələrinin olub-olmaması qeyd olunacaq.

Həmçinin həmin məlumatlar müvafiq vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarında da qeyd ediləcək.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!