Şəki Ağır Cinayətlər Məhkəməsində ailənin 4 üzvünü güllələyən şəxsin məhkəməsi başlayır.
“Yeni Sabah”ın məlumatına görə, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirləndirilən Bağmanov Məhəmməd Əhməd oğlunun cinayət işinə hakim Bilal Məmmədov sədrlik edəcək.
Xatırladaq ki, dəhşətli cinayət hadisəsi 2019-cu ilin dekabr ayında Balakən rayonunun Yeni Şərif kəndində baş verib. 1966-cı il təvəllüdlü Məhəmməd Əhmədov oğlu Bağmanov yaşadığı ünvanda ov tüfəngi ilə oğlu - 1987-ci il təvəllüdlü Əhmədov Bağmanovu evində stol arxasında oturduğu yerdə arxadan güllələyib. Ov tüfəngindən açılan atəş nəticəsində Ə.Bağmanov ağır yaralanıb. Hadisə nəticəsində stolun ətrafında oturan 1968-ci il təvəllüdlü Həvva Abbas qızı Bicilova, 18 aylıq körpə Xədicət Əhmədov qızı Bağmanova və 1980-ci il təvəllüdlü Məryəm Məhəmməd qızı Anarəcəbova da yaralanıb. Dördpendirli pizza
Azər İsrafilov
Telegram kanalımız