AKAF Mingəçevirdə ölkə birinciliyi keçirdi - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

AKAF Mingəçevirdə ölkə birinciliyi keçirdi - Fotolar

İdman

11 Mart 2023 22:57 902


Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası 2023-cü il 11 mart tarixində Mingəçevir “Kür” Olimpiya Tədris-İdman Mərkəzində ölkə birinciliyi təşkil edib.

Yenisabah.az xəbər verir ki, "Gənclər Kuboku” adı altında təşkil olunan turnirdə Mingəçevir və Bakıdan olan 2005-2010-cu il təvəllüdlü 80 nəfər yeniyetmə və gənc idmançı ölkə birinciliyi uğrunda mübarizə aparıb. Avarçəkənlər akademik, kayak və kanoe növlərində yarışıblar. Turnirin qalibləri diplom və medallarla mükafatlandırılıblar. Həmçinin yarışı izləməyə gələn tamaşaçılara da müxtəlif hədiyyələr təqdim olunub.

Qeyd edək ki, 4-7 may “Prezident Kuboku-2023” beynəlxalq reqatası öncəsi təşkil olunan bu yarış həm də idmançıların hazırlıq səviyyəsini yoxlamaq məqsədi daşıyır. “Gənclər Kuboku”nda fərqlənən idmançılar “Prezident Koboku” beynəlxalq reqatasında iştirak hüququ qazanıb. pizza mizza


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!