Akif İslamzadə haqda bilmədiklərimiz: Prezident təqaüdü, Prezident mükafatı, adına küçələr...

saytların hazırlanması

Evə çatdırılma

Akif İslamzadə haqda bilmədiklərimiz: Prezident təqaüdü, Prezident mükafatı, adına küçələr...

Mədəniyyət

14 Avqust 2023 18:18 4940


Sevilən müğənni Akif İslamzadənin Prezident İlham Əliyevin sərəncamıyla “Şöhrət” ordeni ilə təltif edilməsi müzakirələrə səbəb olub. 

Siyasi iqtidarla həmişə məsafə saxlamağa çalışan xanəndənin yüksək dövlət mükafatına layiq görülməsi sosial şəbəkə iştirakçıları tərəfindən təqdir olunub. Pərəstişkarları müxalif mövqe sahibi kimi tanıdıqları A İslamzadənin ilk dəfə bu cür ali mükafata layiq görüldüyünü iddia ediblər.

Yenisabah.az xəbər verir ki, tanınmış yazıçı Azər Qismət Akif İslamzadə ilə bağlı maraqlı faktlar açıqlayıb. Yazıçı 75 yaşlı müğənninin heç vaxt dövlətin diqqətindən kənarda qalmadığını bildirib. Azər Qismət Akif İslamzadənin 2016, 2017 və 2018-ci illərdə Prezident təqaüdünə layiq görüldüyünü açıqlayıb. O, dövlət başçısı tərəfindən 2019-cu ildə də xanəndəyə qayğı göstərildiyini vurğulayıb. Belə ki, 2019-cu ildə Akif İslamzadə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.  pizza hut

Yazıçının sonrakı iddiası isə müzakirələrə səbəb olub. Azər Qismət Bakının Binəqədi rayonu və Badamdar qəsəbəsində Akif İslamzadənin adına küçələrin olduğunu iddia edib. 

Qeyd edək ki, Akif Qədir oğlu İslamzadə 14 avqust 2023-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən “Şöhrət” ordeni ilə təltif edilib. 

Əsmətxanım RZAZADƏ 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!