Akif Nəsirli: Diri heyvan bahalaşacaq

saytların hazırlanması

Evə çatdırılma

Akif Nəsirli: Diri heyvan bahalaşacaq

Sosial

24 May 2025 13:01 378


Bu il də Qurban bayramı ərəfəsində ətə tələbin artması fonunda bahalaşma olacaq. Amma əvvəlki illərlə müqayisədə bəzi fərqli məqamlar da müşahidə olunur. Yerli ət istehsalı azalıb, bu da qiymətlərə əlavə təzyiq yaradır. Artıq ilin əvvəlindən bəri ət təxminən 20 faiz bahalaşıb.

Yenisabah.az axar.az-a istinadla xəbər verir ki, bu sözləri Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib.

Onun sözlərinə görə, ilin əvvəlindən bəri Azərbaycana diri heyvan idxalı 2,5-2,6 dəfə artıb: Marqarita pizza

"Bu, bazarda qiymət artımı təzyiqlərini qismən azalda bilər. Lakin yerli ət ilə idxal olunan ət arasında keyfiyyət fərqi var və Qurban bayramında əsas tələbat da yerli heyvanlaradır. Buna görə də yerli heyvanların bahalaşacağı qaçılmazdır".

Ekspert əlavə edib ki, heyvandarlığın inkişafına dəstək verilməlidir, bunun üçün isə işğaldan azad edilmiş ərazilərdə geniş imkanlar var.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!