Akif Təvəkküloğlu da koronavirusa yoluxdu

saytların hazırlanması

Evə çatdırılma

Akif Təvəkküloğlu da koronavirusa yoluxdu

Hadisə

15 Dekabr 2020 13:48 1059


Milli Məclisin (MM) Mətbuat Xidmətinin keçmiş rəhbəri, MM-in Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Akif Təvəkküloğlu (Nəsirli) koronavirusa yoluxub.

Yenisabah.az xəbər verir ki, onun COVID-19 testinin nəticəsi pozitiv çıxıb.

Qeyd edək ki, Milli Məclisdə aparılan kadr və struktur islahatları çərçivəsində A.Təvəkküloğlu Milli Məclisin Mətbuat Xidmətinin rəhbəri vəzifəsindən azad edilib və həmin şöbə ləğv edilib. Dördpendirli pizza

Milli Məclisin Sədri Sahibə Qafarovanın müvafiq sərəncamı ilə yeni Milli Məclis Aparatının Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi yaradılıb. Həmin şöbəyə isə Ceyhun Əli (Ceyhun Əliyev) müdir təyin olunub. A.Təvəkküloğlu Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsində çalışır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!