Akif Təvəkküloğlu Milli Məclisə qayıtdı

saytların hazırlanması

Evə çatdırılma

Akif Təvəkküloğlu Milli Məclisə qayıtdı

Siyasət

05 İyun 2020 16:23 1138


Milli Məclisin Mətbuat Xidmətinin keçmiş rəhbəri Akif Təvəkküloğlu (Nəsirli) parlamentdə işə başlayıb.

Yenisabah.az bildirir ki, “Report”un əldə etdiyi məlumata görə, A.Təvəkküloğlu hazırda Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsində işə düzəlib.

Qeyd edək ki, Milli Məclisdə aparılan kadr və struktur islahatları çərçivəsində A.Təvəkküloğlu Milli Məclisin Mətbuat Xidmətinin rəhbəri vəzifəsindən azad edilib və həmin şöbə ləğv edilib. Marqarita pizza

Milli Məclisin Sədri Sahibə Qafarovanın müvafiq sərəncamı ilə yeni Milli Məclis Aparatının Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi yaradılıb. Həmin şöbəyə isə Ceyhun Əli (Ceyhun Əliyev) müdir təyin olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!