Aksiyaya qoşulan məşhur aktyor polislər tərəfindən döyüldü

saytların hazırlanması

Evə çatdırılma

Aksiyaya qoşulan məşhur aktyor polislər tərəfindən döyüldü

Şou

02 İyun 2020 14:49 1484


Qaradərili Corc Floydun polis tərəfindən öldürməsindən sonra ABŞ-da başlayan kütləvi etiraz aksiyalarında iştirak edən məşhur Hollivud ulduzu Con Kyusak döyülüb.

Yenisabah.az xəbər verir ki, bu barədə aktyorun özü sosial şəbəkədə məlumat paylaşıb.

O bildirib ki, Çikaqoda keçirilən aksiyada polis tərəfindən döyülüb. Aksiyalar zamanı yanan avtomobili telefonu ilə çəkən aktyora polislər hücum edib: Toyuqlu pizza

“Onlar dəyənəklə mənə hücum etdilər, velosipedimi təpiklədilər. Buna etiraz etdikdə isə qollarımı buraraq, meydandan sürüyüb, kənara atdılar”.

Aktyor daha sonra polis tərəfindən saxlanılıb, bir qədər dindirildikdən sona isə azad edilib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!