Aksiz markasız siqaretlərin satışının qarşısı alındı - Video

saytların hazırlanması

Evə çatdırılma

Aksiz markasız siqaretlərin satışının qarşısı alındı - Video

Kriminal

28 Dekabr 2021 21:45 737


Gömrük əməkdaşları külli miqdarda qaçaqmalçılıq yolu ilə ölkəmizə gətirilən aksiz markasız tütün məhsullarının realizə edilməsinin qarşısını alıblar.

Yenisabah.az xəbər verir ki, bu barədə DGK məlumat yayıb.

Bildirilib ki, Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən aksiz markasız məhsulların naməlum şəxslər tərəfindən Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən köşkdə toplanılaraq saxlanılması və ayrı-ayrı şəxslərə satışının təşkil edilməklə realizə olunması barədə məlumat daxil olub. Pepperoni pizza

Yaradılmış əməliyyat qrupu tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilib, belə predmetlərin satılması və satış məqsədi ilə saxlanılması müəyyən edilib.

Qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə qərarı əsasında ərazidə yerləşən köşkə baxış keçirilib, ümumilikdə 43 adda 115 720 ədəd aksiz markasız siqaretlər aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!