Aktrisa: 2 anam, 2 atam var

saytların hazırlanması

Evə çatdırılma

Aktrisa: 2 anam, 2 atam var

Şou

19 Sentyabr 2024 17:50 558


"Əgər bu gün sağlamsansa demək ki, dünyanın ən xoşbəxt insanısan. Bunu evində xəstəsi olan, canı ağrıyan daha yaxşı bilər, başa düşər. Allah heç kimə dərd verməsin, dərd versə dərmanını da versin".

Yenisabah.az moderator.az-a istinadla xəbər verir ki, bunu aktrisa Ülviyyə Əliyeva deyib.

O, övladından söz açıb: "Allah bütün balaları saxlasın, mənimki də onların içində. İşlərimi elə bölüşdürürəm ki, övladıma da yetərincə vaxt keçirməyə zamanım qalır. Sağ olsun doğmalarım, köməklik edirlər. Hamı necə, mən də elə. Gələcəkdə hansı sənəti seçsə bir valideyn kimi ona dəstək ola bilərəm" deyə aktrisa bildirib. Toyuqlu pizza

Ülviyyə Əliyeva bildirib ki, valideyn qayğısını artıqlaması ilə görüb.

"Məni həm anam, həm də bibim saxlayıb. Allahın xoşbəxt bəndəsiyəm ki, iki ananın, iki atanın sevgisi ilə böyümüşəm. Anam adlandırdığım bibim Azərbaycanın ilk stüardessi olub".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!