Aktrisa: 520 manat maaş alıram, 4 min xərcim çıxıb - Video

saytların hazırlanması

Evə çatdırılma

Aktrisa: 520 manat maaş alıram, 4 min xərcim çıxıb - Video

Şou

09 Oktyabr 2024 09:57 621


“Çalışdığım teatrdan 520 manat rəsmi maaş alıram. Xərclərimi hər zaman qeydini aparıram. Sentyabr ayında 4 min manata yaxın xərcim olub”.

Yenisabah.az olay-a istinadla xəbər verir ki, bu sözləri Azərbaycan Dövlət Yuğ Teatrının aktrisası Zümrüd Qasımova qonaq olduğu “Xəbərin var?” maqazin verilişində deyib. 

O bildirib ki, çalışdığı sözügedən mədəniyyət ocağından aldığı 520 manat məvacib ona yetmir: pizza mizza

“Söylədiyim kimi, 520 manat məvacib, “Prezident mükafatı” və əlilliyimə görə 360 manat müavinat alıram. Rəfiqəm, modelyer və dizayner Elnarə Bəkirova ilə açdığımız yaracılıq və incəsənət mərkəzi var. Orada da çalışıram. Bir tək teatrla dolanmıram. Ərim də mənə maddi köməklik edir. Hərdən özümə deyirəm ki, bu 4 min manatı özümə elə xərcləyə bilərdim ki… Bu 4 min manatın içinə avtomobilim krediti və digər ödənişlər daxildir. O 520 manat maaşla əlbətdə ki, mən heç cürə dolana bilmərəm”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!