Əməkdar artist Mehriban Xanlarova ünvanına deyilən tənqidlərdən danışıb.
Yenisabah.az axşam.az-a istinadla xəbər verir ki, "O üz" verilişinə qonaq olan aktrisa küçəyə çıxanda bəzənməməsinə irad bildirildiyini etiraf edib:
"Efirdə necəyəmsə, mağazada da, küçədə də eləyəm. Hərdən mənə deyirlər ki, aktrisasan küçəyə çıxanda özünə bax. Deyirəm ki, nə edim? Məni tanıyan belə tanıyıb, sevən belə sevib. Nə geyinəcəyəm? Bəzənib-düzənib çörək almağa gedəcəyəm? Hələ bir yaylıq da çiynimə atacağam? pizza hut
Bəzən deyirlər ki, olar sizi qucaqlayım? Deyirəm, gəl mən də səni qucaqlayım. Bəzi dırnaqarası sənət adamları özlərini qaldırıb dağ başına qoyublar. Bizi sənətkar edən, tanıdan xalqdır".
Telegram kanalımız