Aktrisa: Evdə oturub, işıqları söndürüb, saç yolmuram

saytların hazırlanması

Evə çatdırılma

Aktrisa: Evdə oturub, işıqları söndürüb, saç yolmuram

Şou

21 Yanvar 2025 14:08 237


“Məncə, yüz faiz xoşbəxt insanlar ruhi xəstəxanada yatırlar”.

Yenisabah.az olay-a istinadla xəbər verir ki, bunu Əməkdar artist Sənubər İsgəndərli deyib.

O bildirib ki, həyatının müxtəlif dövrlərində yaxşı və pis günləri olub: Sezar pizza

“100 faiz xoşbəxtlik həyatda yoxdur. Büdrəmələr, səhvlər, gözəl günlər, uğursuz günlər var. Yaxşı günlərim də, ruhdan düşdüyüm anlar da olub. Qadın kimi nisbət götürəndə xoşbəxt qadınam. Ruhdan düşdüyüm vaxtlarda yardımım olur, doğmalar həmişə dəstəkdir.

Psixoloqların sözü var, deyirlər, sən özün özünə kömək edə bilərsən. Haradasa həqiqət var. Ruhdan düşdüyüm anlarda gözəl musiqi qoyub onu dinləyirəm. Birinci mahnıya köklənməsəm də, ikinciyə yavaş-yavaş fokuslanıram. Gözəl şeylər düşünürəm, başımı nəyləsə qatıram, harasa gedirəm. Evdə oturub, işıqları söndürüb, saç yolmuram. Çünki daha optimistəm”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!