Tanınmış aktrisa, aparıcı Ülviyyə Əliyevanın bir neçə gün bundan öncə verilişlərin birində dediyi sözlər başına bəla olub.
Yenisabah.az xəbər verir ki, fikirlərinə görə davamlı olaraq tənqid və təhqir olunan sənətçi məsələ ilə bağlı açıqlama verib.
Onun efirdə səsləndirdiyi "Ağlın başındadırsa, artıq sağlamsan. Əngəlli biri ilə evlənərdim. Əsas xasiyyətim uyğun gəlsin. Əgər qismətimə belə insan düşsə, qəbul edərdim" fikirləri izləyicilər tərəfindən birmənalı qarşılanmayıb və qınanılıb. pizza sifarişi
Bu haqda danışan Ü.Əliyeva məsələyə sərt reaksiya verib:
"Əsəblərimin pik nöqtəsidir artıq! Bir neçə gün bundan öncə aparıcı Elgiz Əkbərin verilişində qonaq oldum. Həmin proqrama qollarında qüsur olan şəxs gəlmişdi. Evlənmək istəyirdi. Veriliş zamanı da vəkil Şəfiqə Nağıyeva ilə mübahisəmiz yarandı. Şəfiqə xanım söylədi ki, qüsurla olan şəxs elə özü kimisi ilə də evlənməlidir. Mən də proqramda ona etirazımı bildirdim. Dedim ki, Avropada qolu, ayağı olmayan şəxslər məktəbə, universitetə gedirlər. Ailə də qururlar. Hətta uşaq sahibi də olurlar. Yəni sağlam insanla evlənirlər. Amma bizim bəzi insanlarda bu fikir formalaşmayıb. Hazırda Azərbaycanda qazilərimiz var. Onların sağlam fikri var. Qazilərimizin haqqı var ki, sağlam xanımlarla ailə qursun. Mən hətta verilişdə belə bir söz də işlətdim ki, əgər mənim qismətimə məhdudiyyətli insan çıxsaydı, mən o şəxslə ailə həyatı qurardım. Amma bildiyiniz kimi, mən 3 ildir evliyəm. Sağlam və xoşbəxt ailəm var. Saytlar lazımsız başlıqlar qoyurlar. Bəsdir, məni camaata söydürdünüz".
Həmin görüntüləri təqdim edirik:
Telegram kanalımız