Aktrisa Xəyalə Quliyeva əməliyyat olundu - VİDEO 

saytların hazırlanması

Evə çatdırılma

Aktrisa Xəyalə Quliyeva əməliyyat olundu - VİDEO 

Şou

23 Avqust 2023 17:47 2982


Tanınmış aktrisa Xəyalə Quliyeva əməliyyat olunub. 

Yenisabah.az xəbər verir ki, sənətçi plastik əməliyyat etdirib. 43 yaşlı aktrisa üst blefaroplastika əməliyyatı etdirib. 

Əməliyyatdan sonrakı görüntülərini izləyiciləri ilə bölüşən Xəyalə nəticədən razı qaldığını bildirib: Dördpendirli pizza

"Adətən, insanı bu geyimdə görəndə deyirlər ki, olmasın azar. Amma azar deyil, gözəllikdir. Həkimlərin incə toxunuşları ilə gözümün üstündəki artıq dəridən qurtulmuş olacağam. Yerli keyitmə ilə narkozsuz əməliyyat olundum. Hazırda izlər qalıb, o izlər də 8-10 gün ərzində gedəcək". 

Qeyd edək ki, üst göz qapaqlarının plastikası (üst blefaroplastika) üst göz qapaqlarında yaşa bağlı dəyişikliklərin aradan qaldırılmasına yönəlmiş bir əməliyyatdır. Əməliyyat zamanı artıq dəri və əzələlərin götürülməsi, üst göz qapaqlarının ifrat piy toxumasının çıxarılması həyata keçirilir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!