Türkiyəli aktrisa Pelin Akil verilişlərdən birində verdiyi maraqlı açıqlama ilə diqqət çəkib.
Yenisabah.az xəbər verir ki, 38 yaşlı aktrisa əkiz qızlarına hamilə olduğu dövrdə sabun yediyini etiraf edib:
"Ağ sabunun qoxusunu çox sevirəm. Gizlicə tualetdə yeyirdim, dadı mənə çox gözəl gəlirdi." pizza sifarişi
Qeyd edək ki, Pelin Akil aktyor Anılla ailəlidir. Cütlük 2016-cı ildə nişanlanıb, bir il sonra isə ailə qurub. Pelin Akil və Anıl Altanın bu evlilikdən əkiz qızları dünyaya gəlib. Aktrisa ailə həyatına xüsusi önəm verir və ailəsi ilə keçirdiyi vaxtları sosial şəbəkələrdə tez-tez paylaşır.
Telegram kanalımız